Əsas məzmuna keç

“Bakı Marafonu – 2023” ilə əlaqədar bu yollar bağlanacaq

“Bakı Marafonu – 2023” ilə əlaqədar bu yollar bağlanacaq

Bakı Marafonu 2023 ilə əlaqədar mayın 7-də yollarda hərəkət məhdudlaşdırılacaq. DYP xəbərdarlığı.

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

“Sürücülərin və hərəkət iştirakçıların diqqətinə çatdırmaq istəyirik ki, “ Marafonu 2023”lə əlaqədar mayın 7-də səhər saat 8:00-dan 14:00-dək yürüşlə əlaqədar bəzi küçə və prospektlərdə iştirakçıların təhlükəsizliyini təmin olunması ilə əlaqədar yollarda hərəkət tam məhdudlaşdırılacaq”.

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə Bakı Şəhər Dövlət Yol İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli deyib.

“ Meydanından, Dənizkənarı Bulvarın inzibati ərazisi ilə Dəniz Vağzalınadək, daha sonra Meydanı, Neftçilər və 8 Noyabr prospektləri ilə Ağ şəhər Bulvar yolu, eləcə də Ağ şəhər dairəsi yəni, Xəqani Rüstəmov küçəsi ilə geriyə, Hərbi Qənimətlər Parkı yanından keçərək, Yusif Səfərov - A.Cəlilov küçələrinin kəsişməsindən Cavanşir körpüsü, Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti, Z.Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, Azneft dairəsi, Bayıl qəsəbəsi istiqamətinə, Bibiheybət yolu ilə, Su İdman Sarayı ətrafından Bulvar ərazisi ilə, “Bakı Kristal Zalı” yanından Bayraq Meydanına finiş nəzərdə tutulub”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında “Bakı Marafonu – 2023”ün keçirilməsi nəzərdə tutulub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…