Operativ Məlumat Mərkəzi

Dünya əhalisinin 33%-nin internetə çıxışı yoxdur

1 dəq
Paylaş:
Dünya əhalisinin 33%-nin internetə çıxışı yoxdur
bu barədə Beynəlxalq Telekommunikasiya İttifaqı məlumat verib. BTİ internetə qoşulmayan insanların sayının ildən-ilə azaldığını vurğulayıb. Məlumata...

Dünyada təxminən 2,6 milyard insanın hələ də internetə çıxışı yoxdur.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə Beynəlxalq Telekommunikasiya İttifaqı məlumat verib.

BTİ internetə qoşulmayan insanların sayının ildən-ilə azaldığını vurğulayıb. Məlumata görə, 2022-ci ildə internetə qoşulmayan insanların sayı 2,7 milyard olub.

Qeyd olunur ki, dünyada 67% insan internetə qoşulur.

BTİ-nin məlumatına görə, internetə çıxışı olan insanların sayında ən sürətli artım aşağı gəlirli ölkələrdə müşahidə olunur. Bu ölkələrdə 2022-ci ildə internet istifadəçilərinin sayı 17% artıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər