Əsas məzmuna keç

Dünya Bankı təbiətə maliyyə dəstəyinin artırılması üçün iki əsas sahəni açıqlayıb

Dünya Bankı təbiətə maliyyə dəstəyinin artırılması üçün iki əsas sahəni açıqlayıb

bunu Dünya Bankının Dayanıqlı Maliyyə üzrə rəhbəri Svetlana V. Klimenko COP29 çərçivəsində keçirilən “Təbiət və iqlim üzrə xüsusi tədbirlər” sessiyasında...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Təbiətin Qorunması üçün Maliyyə Cəlbi: Qlobal Sistemdə Risklərin Qiymətləndirilməsi və Yeniliklər

keçidi daha başa düşüldüyü kimi, təbiətin qorunması üçün onun da dərk olunması və bu istiqamətdə maliyyə resurslarının cəlbi vacibdir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Dünya Bankının Dayanıqlı Maliyyə üzrə rəhbəri Svetlana V. COP29 çərçivəsində keçirilən “ və iqlim üzrə xüsusi tədbirlər” sessiyasında deyib.

S.Klimenko, təbiətə maliyyə dəstəyinin artırılması üçün diqqət yetirilməsi gərəkən iki əsas qeyd edib. “Birinci sahə qlobal maliyyə sisteminin təbiətlə bağlı risk və imkanları dəyərləndirməsidir. Beynəlxalq Davamlılıq Standartları Şurası, həm özəl, həm də dövlət sektorunda təbiətlə bağlı risk və imkanların tanınması üçün standartlar hazırlayır”, - deyə o bildirib.

Onun sözlərinə görə, iqlim və təbiət riskləri barədə dəqiq məlumatlar əldə edildikdə, müxtəlif maraqlı tərəfləri birgə hərəkət etməyə inandırmaq daha asan olacaq.

İkinci sahə maliyyə innovasiyasıdır. S.Klimenko, təbiətin maliyyələşdirilməsinin bəzi sahələrinin mövcud maliyyə mənbələri tərəfindən yetərincə dəstəklənmədiyini vurğulayıb. Bu çərçivədə, o, Braziliya hökuməti ilə birgə Tropik Meşələrin Daimi Fondunun yaradılması təşəbbüsündə iştirak etdiklərini bildirib: "Bu fond, təbiətin qorunması üçün maliyyə təmin etmək və bazar resurslarını cəlb etmək məqsədilə unikal bir mexanizm kimi görülür".

S.Klimenko, təbiətlə bağlı risklərin və imkanların ölçülərinin bazara daxil edilməsinin innovativ yanaşmalar tələb etdiyini və bu yeniliklər olmadan hədəflərə çatmağın mümkün olmayacağını vurğulayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…