Dünya Bankı: "Azərbaycan pandemiyaya görə dərhal addım atmış ölkələrdəndir"

Dünya Bankı: "Azərbaycan pandemiyaya görə dərhal addım atmış ölkələrdəndir"
04.05.2023 16:43
Aa
dəq

Azərbaycan koronavirus (COVID-19) pandemiyası ilə bağlı fəsadların aradan qaldırılması üçün dərhal addımlar atmış ölkələr sırasındadır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Dünya Bankının hazırladığı "İnsan kapitalının şoklardan və böhranlardan qorunması" adlı hesabatın təqdimatında qurumun nümayəndəsi Levent Yener bildirib.

O, pandemiyaya görə təmsil etdiyi qurumun Azərbaycanda sosial müdafiə istiqamətində dərhal tədbirlərin həyata keçiriiyini də vurğulayıb.

"Hökumətə ünvanlı sosial yardım proqramı çərçivəsində 4,5 milyon manat vəsait ayrıldı. Azərbaycan da işsizliklə bağlı müavinətlər ödədi və digər istiqamətlərdə maliyyələşdirmə tədbirləri həyata keçirdi. Lakin bunlar hələ tam yetərli deyil. Azərbaycanda ünvanlı sosial yardımın auditoriyası 17 %-dir. Dünyada isə bu auditoriya daha genişdir", - deyə L.Yener əlavə edib.

"Azərbaycan pandemiyanın fəsadlarını aradan qaldırmaq üçün təhsil sahəsində ailələrə və tələbələrə dəstək göstərdi. Lakin burda inkluzivlik problemi var. Orta və aşağı gəlirli ailələrin bu proqramlarda iştirakında problemlər var. Yəni onların bəzilərinin evlərində komputer və yaxud internetə çıxışları yoxdur. Pandemiya zamanı Azərbaycan səhiyyə sahəsində də dərhal addımlar atdı. Biz pandemiya zamanı həyata keçirilən bu tədbirlərin növbəti illərdə də üstünlüklərini görəcəyik. Lakin yenə də kənd yerlərində internetə çıxışda problemlər var. Ölkədə müxtəlif digital platformalar qurulub. Amma yenə də əlavə elektron alətlər var ki, onların inteqrasiyasına ehtiyac var. İnteqrasiya üçün müəyyən çatışmazlıqlar var ki, mütləq həll olunmalıdır", - deyə L.Yener qeyd edib.

Həftənin ən çox oxunanları