DSX-nin azad olunmuş ərazilərdə yeni hərbi infrastrukturu yaradılacaq

DSX-nin azad olunmuş ərazilərdə yeni hərbi infrastrukturu yaradılacaq
17.11.2023 15:50
Aa
dəq

Dövlət Sərhəd Xidmətinin (DSX) azad olunmuş ərazilərdə yeni hərbi infrastrukturu yaradılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə DSX və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin birgə planı əsasında Dövlət Sərhəd Xidmətinin struktur qurumlarının tender komissiyalarının üzvləri ilə keçirilən təlim toplantıları zamanı bildirilib.

DSX Akademiyasında baş tutan tədbirdə qeyd olunub ki, işğaldan azad olunmuş ərazilərdə yeni hərbi infrastrukturun yaradılması, qarşıya qoyulmuş tapşırıqların yüksək səviyyədə icrası, struktur qurumlarda sənədlərlə işin müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun aparılma vəziyyəti, sənədlərin icra müddətinə ciddi nəzarət edilməsi, vətəndaşların müraciətlərinə baxılması və cavablandırılması, sənədlərin müvafiq işlərə tikilməsi və arxivləşdirilməsi, mətbəə formalarına dair sifarişlərin hazırlanması, təyinatı üzrə istifadə olunması məsələlərinə toxunaraq bu sahələrdə daha məsuliyyətli, tələbkar və diqqətli olmağın vacibdir.

Çıxış edənlər Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunmasını və ölkə başçısının 8 noyabr – Zəfər Gününün üçüncü ildönümündə Xankəndi şəhərində keçirilən hərbi paradı qəbul etməsi ilə dövlətimizin qüdrətini, xalqımızın böyük mübarizə əzmini bir daha bütün dünyaya nümayiş etdirdiyini xüsusi vurğulayıb, həmin ərazilərdə yeni hərbi infrastrukturun yaradılması, qarşıya qoyulmuş tapşırıqların yüksək səviyyədə icrası, struktur qurumlarda sənədlərlə işin müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun aparılma vəziyyəti, sənədlərin icra müddətinə ciddi nəzarət edilməsi, vətəndaşların müraciətlərinə baxılması və cavablandırılması, sənədlərin müvafiq işlərə tikilməsi və arxivləşdirilməsi, mətbəə formalarına dair sifarişlərin hazırlanması, təyinatı üzrə istifadə olunması məsələlərinə toxunaraq bu sahələrdə daha məsuliyyətli, tələbkar və diqqətli olmağın vacibliyini qeyd ediblər.

Dövlət Sərhəd Xidmətinin struktur qurumlarının tender komissiyaları üzvlərinin təlim toplantısında Dövlət Sərhəd Xidmətinin və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Aparat rəhbərləri, Dövlət satınalmalarına nəzarət şöbəsinin müdiri, Daxili nəzarət və audit şöbəsinin müdiri, Dövlət Sərhəd Xidmətinin struktur qurumlarının tender komissiyalarının üzvləri, Dövlət Sərhəd Xidmətinin Maddi-Texniki Təminat Baş İdarəsinin və Maliyyə-Plan İdarəsinin şöbə rəisləri iştirak ediblər.

Tədbir iştirakçılarına 2023-cü il üzrə və Dövlət Sərhəd Xidmətinin tələbatına uyğun olaraq 223 lot üzrə müsabiqənin elan edilməsi, 219 lot üzrə açıq tenderin, 4 lot üzrə təkliflər sorğusunun keçirilməsi, 223 ədəd əsas şərtlər toplusunun hazırlanması və 136 ədəd müqavilənin bağlanılması barədə məlumatlar verilib, gələcək fəaliyyətin təşkili ilə bağlı “Elektron satınalma prosedurları”nın vahid internet portalına keçirilməsi zamanı şəffaflığın artırılması məqsədi ilə kompleks tədbirlərin görülməsinin vacibliyi vurğulanıb, tender komissiyası üzvləri və satınalma mütəxəssisləri ilə 1 yanvar 2024-cü il tarixindən qüvvəyə minəcək yeni “Dövlət satınalmaları haqqında” qanun barədə nəzəri və praktiki məşğələlər keçirilib.

Təlim toplantılarında fəaliyyət istiqamətləri üzrə məruzələr, müraciət və təkliflər dinlənilib.

Tədbirlərin sonunda hərbi qulluqçulara xidməti fəaliyyətlərində uğurlar arzulanıb, DSX Akademiyasında ucaldılmış Dahi Öndər Heydər Əliyevin və “Dəmir Yumruq” abidələrinin önündə xatirə şəkli çəkdirilib.

Həftənin ən çox oxunanları

Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Gənc əsgərlərin andiçmə mərasimi keçirilib
DAVAMIN OXU davamın oxu

Azərbaycan xüsusi təyinatlıları Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər

Azərbaycan xüsusi təyinatlıları Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər
DAVAMIN OXU davamın oxu

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub
DAVAMIN OXU davamın oxu

"Ehtiyatda olan hərbçilərin təlim toplanışları mütəmadi keçirilməlidir"

DAVAMIN OXU davamın oxu

Müdafiə nazirinin müavinləri hərbi vəzifəlilərlə görüşüblər, tapşırıqlar verilib

Müdafiə nazirinin müavinləri hərbi vəzifəlilərlə görüşüblər, tapşırıqlar verilib
DAVAMIN OXU davamın oxu