Dövlət Xidməti “Trendyol” ilə rəqabət və istehlakçı hüquqlarının müdafiəsini müzakirə edib

Dövlət Xidməti “Trendyol” ilə rəqabət və istehlakçı hüquqlarının müdafiəsini müzakirə edib
03.11.2023 18:00
Aa
dəq

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Türkiyənin “Trendyol” şirkətinin nümayəndələri arasında Azərbaycanın istehlak bazarında seçimin və əlçatanlığın daha da genişlənməsi məsələləri müzakirə edilib.

"Operativ Məlumat Mərkəzi-OMM"ninDövlət Xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə Xidmət rəsmilərinin Türkiyənin “Trendyol” şirkətinin nümayəndə heyəti ilə keçirilən görüşdə bildirilib.

Məlumata görə, görüşdə dövlət-özəl dialoqunun vacibliyi vurğulanıb.

Həmçinin, görüşdə rəqabət və istehlakçı hüquqlarının müdafiəsi mövzularında müzakirələr aparılıb. Eyni zamanda, sahibkar-istehlakçı münasibətlərində istehlakçı məmnuniyyəti və institusional yönümlü davranışların əhəmiyyəti qeyd olunub.

Nümayəndə heyətinə, həmçinin Milli Məclisdə ikinci oxunuşda qəbul olunan Rəqabət Məcəlləsinin yeni layihəsi barəsində ətraflı məlumat verilib. Bildirilib ki, Rəqabət Məcəlləsinin qəbul olunması ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqinə töhfə verəcək. Aparılan müzakirələr zamanı tərəflər qanunvericiliyin təminatında dövlət-özəl dialoqunun vacibliyini vurğulayıblar.

Həftənin ən çox oxunanları

Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidməti ilə bağlı qərar verib

Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidməti ilə bağlı qərar verib
DAVAMIN OXU davamın oxu

"Naxçıvan Bank"ın lisenziyası ləğv edilib

DAVAMIN OXU davamın oxu

Hesablama Palatası iki ali təhsil müəssisəsində nöqsanlar aşkar edib

Hesablama Palatası iki ali təhsil müəssisəsində nöqsanlar aşkar edib
DAVAMIN OXU davamın oxu

ANAMA sığortaçı seçib

ANAMA sığortaçı seçib
DAVAMIN OXU davamın oxu

Naxçıvanın Dövlət Vergi Xidmətinə yeni rəis təyin edilib

Naxçıvanın Dövlət Vergi Xidmətinə yeni rəis təyin edilib
DAVAMIN OXU davamın oxu