Dövlət Turizm Agentliyi ilə BMT Turizm Təşkilatı arasında niyyət sazişi imzalanıb

Dövlət Turizm Agentliyi ilə BMT Turizm Təşkilatı arasında niyyət sazişi imzalanıb
20.11.2024 15:47
Aa
dəq

Noyabrın 20-də COP tarixində ilk dəfə keçirilən “Turizm Günü” çərçivəsində Dövlət Turizm Agentliyi ilə BMT Turizm Təşkilatı arasında niyyət sazişi imzalanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, sənədi Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə BMT Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili imzalayıblar.

Sənəddə “Turizmdə Təkmilləşdirilmiş İqlim Fəaliyyəti Təşəbbüsü”nün uğurlu icrası məqsədilə BMT-nin dayanıqlı turizmin təşviqinə cavabdeh olan qurumu kimi BMT Turizm Təşkilatı ilə əməkdaşlıq etmək və birgə tədbirlər görmək niyyəti ifadə olunur.

Sazişdə “Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşü”ndə elan edilmiş “Turizm üzrə Təkmilləşdirilmiş İqlim Təşəbbüsü”ndə turizmin milli iqlim siyasətinə daha yaxşı inteqrasiya edilməsi ilə yanaşı, sektorun iqlim məqsədlərinə uyğun şəkildə inkişaf etdirilməsi üçün qlobal əlaqələndirmə mexanizmi və tərəfdaşlıq platformasının da yaradılması nəzərdə tutulur.

Niyyət sazişi əlaqələndirmə və tərəfdaşlıq platformasının yaradılması üçün əlverişli zəmin formalaşdırmağı, həmçinin qeyd olunan təşəbbüslə başlayan prosesin növbəti dövrdə də davam etdirilməsini təmin etməyi və turizm sektorunun az karbonlu və dayanıqlı gələcəyə töhfə verən sahəyə çevrilməsini dəstəkləməyi hədəfləyir.

Həftənin ən çox oxunanları