Əsas məzmuna keç

Dövlət sərhədini pozmağa cəhd göstərən şəxs saxlanılıb - 26.08.2024

Dövlət sərhədini pozmağa cəhd göstərən şəxs saxlanılıb - 26.08.2024

Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi...

Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi sahəsində təxirəsalınmaz tədbirlər davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin (DSX) mərkəzindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, avqustun 25-də saat 21:00-da Xidmətin Sahil Mühafizəsi Xəzər dənizinin su səthinin müşahidəsi zamanı bir şübhəli şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədini Astara rayonunun sahil xəttinə doğru üzməsini müşahidə edib.

Aşkarlanmış şəxsin saxlanılması istiqamətində tədbirlər görülərək, sahil nəzarəti bölmələri aidiyyəti üzrə məlumatlandırılıb və sahil xətti boyu ərazinin qapadılması təmin olunub.

Sahil Mühafizəsinin bölmələrinin fəaliyyəti nəticəsində dövlət sərhədini pozaraq Azərbaycan ərazisinə keçməyə cəhd vətəndaşı 1998-ci il 24 aprel təvəllüdlü Mahmood Khil Bilal oğlu saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…