Əsas məzmuna keç

Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnaməyə dəyişiklik son oxunuşda təsdiqlənib

Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnaməyə dəyişiklik son oxunuşda təsdiqlənib

Dövlət Qulluğunu İdarəetmə Şurası dövlət qulluğu sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər biləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Respublikasının 2002-ci il 29 mart tarixli 283-IIQ nömrəli ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Təklif olunan dəyişiklik layihəsinə görə, Şuranın fəaliyyət istiqamətlərinə yeni məzmunda maddələr əlavə edilir. Belə ki, dövlət qulluğu sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər verə biləcək, eləcə də dövlət orqanlarının dövlət qulluğu ilə bağlı qanunsuz aktlarının ləğv edilməsinə baxa biləcək.

Bundan başqa, dövlət qulluqçularının reyestrinin aparılmasına nəzarət edilməsi də Şuranın fəaliyyət istiqamətlərinə əlavə olunan maddələrdə arasındadır.

Həmçinin, Şura fəaliyyəti dövründə dövlət qulluqçularının peşə hazırlığı, təcrübə və əlavə təhsili sahəsində işlərin təhlili və bununla bağlı təkliflərin hazırlanması ilə yanaşı, dövlət qulluqçuları üçün hazırlanmış təlim strategiyasına razılıq verə biləcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…