Dövlət qulluğu üzrə imtahanın nəticələri açıqlanıb

Dövlət qulluğu üzrə imtahanın nəticələri açıqlanıb
13.11.2023 14:42
Aa
dəq

Dövlət İmtahan Mərkəzi kağız daşıyıcılar vasitəsilə BB vəzifə qrupu üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanının nəticələrini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Dövlət imtahan Mərkəzi (DİM) məlumat yayıb.

Qeyd edilib ki, namizədlər imtahan nəticələri ilə buradan tanış ola bilərlər.

İştirakçılar imtahan nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanında 247 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, BB1 altqrupu üzrə 56, BB2 altqrupu üzrə 71, BB3 altqrupu üzrə 53, BB4 altqrupu üzrə 36 nəfər olmaqla, ümumilikdə 216 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 14 noyabr saat 10:00-dan 16 noyabr saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Həftənin ən çox oxunanları

Üç mindən çox müəllim təkrar sertifikasiyadan keçib

Üç mindən çox müəllim təkrar sertifikasiyadan keçib
DAVAMIN OXU davamın oxu

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb
DAVAMIN OXU davamın oxu

Təhsil müəssisələrində professor-müəllim heyətinin tədris işi vaxtı norması müəyyənləşib

Təhsil müəssisələrində professor-müəllim heyətinin tədris işi vaxtı norması müəyyənləşib
DAVAMIN OXU davamın oxu

Universitetlərdə elmi tədqiqat və elmi-metodiki işlərin təşkili qaydaları təsdiqlənib

Universitetlərdə elmi tədqiqat və elmi-metodiki işlərin təşkili qaydaları təsdiqlənib
DAVAMIN OXU davamın oxu

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi başlayıb

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi başlayıb
DAVAMIN OXU davamın oxu