Əsas məzmuna keç

Dövlət büdcəsi niyə kəskin artırıldı? - Nazirlik səbəbi açıqladı

Dövlət büdcəsi niyə kəskin artırıldı? - Nazirlik səbəbi açıqladı

Maliyyə Nazirliyi Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin gəlir və xərclərinin ilkin variantla müqayisədə 1,7 milyard manat artırılmasını şərh...

Maliyyə Nazirliyi Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin gəlir və xərclərinin ilkin variantla müqayisədə 1,7 milyard manat artırılmasını şərh edib.

Maliyyə Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, İlham Əliyevin göstərişinə əsasən, tərəfindən dövlət başçısına təqdim olunmuş 2025-ci il dövlət büdcəsinin layihəsi ilə müqayisədə büdcənin müdafiə və xərcləri 1 milyard 738 artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılıb.

Bildirilir ki, dövlət büdcəsi xərclərinin artırılmasının əsas səbəbi Ermənistanın genişmiqyaslı militarizasiya siyasətinə tərəfindən cavab tədbirlərinin görülməsi ehtiyacı ilə əlaqədardır. Əlavə xərclərin maliyyələşdirilməsi Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin 1 milyard 700 milyon manat məbləğində artırılması hesabına təmin ediləcək.

Qeyd edək ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsini Milli Məclisin müzakirəsinə təqdim edib.

Onu da əlavə edək ki, militarizm irticaçı silahlanma siyasətidir və təcəvüzkarlıq məqsədilə müharibəyə hazırlanmaqdır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…