Dörd minə yaxın müəllim sertifikasiyadan keçə bilmədi

Dörd minə yaxın müəllim sertifikasiyadan keçə bilmədi
10.06.2024 17:42
Aa
dəq

İyunun 8-də keçirilən təhsilverənlər üçün təkrar sertifikatlaşdırma imtahanında iştirak edən 7 296 müəllimdən 3 909-u test imtahanı mərhələsinin müvafiq keçid balını toplamayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, onlardan 3 424 nəfəri ibtidai sinif, 485-i isə Azərbaycan dili və ədəbiyyat müəllimi olub.

Təkrar sertifikatlaşdırma prosesi ilə bağlı apellyasiya müraciətlərinin qəbulu 10–13 iyunda aparılacaq. Müəllimlər müraciətlərini portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla ünvanlaya bilərlər.

Eyni zamanda Təhsil İnstitutu ibtidai sinif müəllimliyi üzrə təkrar sertifikatlaşdırma imtahanında istifadə olunan sualları ictimaiyyətlə paylaşacaq.

Bu gündən etibarən regional təhsil idarələrində təkrar sertifikatlaşdırma imtahanında keçid balını toplamayan təhsilverənlərlə işin təşkili, onların sosial statuslarının mərhələli şəkildə qiymətləndirilməsi və alternativ iş yeri ilə təmin olunmalarının araşdırılması məqsədilə komissiyalar fəaliyyətə başlayıb.

Həftənin ən çox oxunanları

Əməkhaqqına əlavələr edilən müəllimlərin sayının 55 minə çatdırılması gözlənilir

Əməkhaqqına əlavələr edilən müəllimlərin sayının 55 minə çatdırılması gözlənilir
DAVAMIN OXU davamın oxu

Təkrar sertifikasiyada 4 000-ə yaxın müəllim müvafiq keçid balını toplaya bilməyib

Təkrar sertifikasiyada 4 000-ə yaxın müəllim müvafiq keçid balını toplaya bilməyib
DAVAMIN OXU davamın oxu

Sertifikatlaşdırma imtahanı ilə bağlı apellyasiya müraciətlərinin qəbuluna start verilib

Sertifikatlaşdırma imtahanı ilə bağlı apellyasiya müraciətlərinin qəbuluna start verilib
DAVAMIN OXU davamın oxu

Samuxda “Son Zəng"lə bağlı təlimatın pozulduğu məktəbin direktoru işdən çıxarılıb

Samuxda “Son Zəng
DAVAMIN OXU davamın oxu

Ötən il buraxılış imtahanı üzrə ən yüksək və ən aşağı göstəricilərin qeydə alındığı bölgələr - SİYAHI

Ötən il buraxılış imtahanı üzrə ən yüksək və ən aşağı göstəricilərin qeydə alındığı  bölgələr - SİYAHI
DAVAMIN OXU davamın oxu