Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"İranla danışıqlar aparmaq adətən çox çətindir"

1 dəq
Paylaş:
"İranla danışıqlar aparmaq adətən çox çətindir"

ABŞ prezidenti bu gün Cenevrədə keçirilməsi planlaşdırılan İran-ABŞ danışıqlarında birbaşa iştirak edəcəyini açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki,bununla bağlı xarici KİV məlumat yayıb.

"Mən bu danışıqlarda, dolayı yolla olsa da, iştirak edəcəyəm. Və onlar çox vacib olacaq. Görək nə olacaq. İranla aparmaq çox çətindir", - o qeyd edib.

Tramp bildirib ki, əgər İran yaxşı danışıq aparan olsaydı, ABŞ iyun ayında İranın obyektlərinə B2 bombardmançı təyyarələri ilə zərbə endirmək məcburiyyətində qalmazdı:

O əlavə edib ki, İranın nüvə proqramı ilə bağlı razılığa gəlmək istədiyinə inanır: "Düşünmürəm ki, onlar razılaşmanı yerinə yetirməməyin nəticələri ilə üzləşmək istəyirlər".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax