Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Donald Tramp: İyunda Azərbaycan və Ermənistan arasında keçiriləcək sülh müzakirələrini gözləyirik

2 dəq
Paylaş:
Donald Tramp: İyunda Azərbaycan və Ermənistan arasında keçiriləcək sülh müzakirələrini gözləyirik

ABŞ Prezidenti Donald İlham Əliyevə "Bakı Həftəsi"nin başlanması münasibətilə təbrik məktubu ünvanlayıb. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, məktubda enerji sahəsindəki əməkdaşlıqla yanaşı, regional prosesinə də toxunulub.

Tramp Azərbaycanın enerji təhlükəsizliyi sahəsindəki liderliyini yüksək qiymətləndirərək, iki ölkənin karbohidrogen sektorundakı tarixi tərəfdaşlığının əhəmiyyətini vurğulayıb: "Birləşmiş Ştatlar Azərbaycanın neft-qaz sənayesinin çox böyük tərəfdarıdır və mən qətiyyətlə inanıram ki, qlobal enerji təhlükəsizliyi sahəsində əsaslı tərəfdaşlığımızın əhəmiyyəti gələcək illərdə yalnız artacaqdır".

Məktubda Ermənistanla arasında sülhün təmin edilməsi istiqamətində atılan addımlara diqqət çəkilib. ABŞ Prezidenti qeyd edib ki, regional enerji inteqrasiyası avqustun 8-də keçirilmiş sülh sammitinin əsas sütunlarından biridir. Tramp administrasiyasının iyun ayında tərəflər arasında məhsuldar müzakirələrin aparılmasını gözlədiyini bildirən ABŞ lideri, birgə səylərin sülhə və rifaha töhfə verəcəyinə inamını ifadə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax