Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran kapitulyasiya etdi? ABŞ liderindən sensasion açıqlama

2 dəq
Paylaş:
İran kapitulyasiya etdi? ABŞ liderindən sensasion açıqlama

ABŞ Prezidenti , İran Prezidenti Pezeşkianın şərh edərək sərt bəyanatla çıxış edib. O bildirib ki, bərbad vəziyyətdə olan İran Yaxın Şərqdəki qonşuları qarşısında üzr istəyib və faktiki olaraq kapitulyasiya edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "Truth Social" platformasında paylaşım edib.

Tramp vurğulayıb: "İran qonşulara daha atəş açmayacağına söz verib. Bu söz yalnız ABŞİsrailin amansız hücumu sayəsində verildi. Onlar Yaxın Şərqi ələ keçirmək və orada hökmranlıq etmək istəyirdilər. Bu, min illər ərzində İranın ilk dəfə ətraf region ölkələrinə məğlub olmasıdır".

Xatırladaq ki, İran Prezidenti Məsud Pezeşkian Müvəqqəti Rəhbərlik Şurasında çıxışı zamanı 7 mart tarixində İranın hücum etdiyi qonşu ölkələrdən üzr istədiyini təsdiqləyib.

İran Prezidenti qeyd edib ki, Şura qonşu ölkələrə hücum etməmək barədə qəti qərar qəbul edib. Razılaşmaya əsasən, həmin ölkələrdən İrana hücum edilmədiyi təqdirdə, rəsmi Tehran zərbələri endirməyəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax