Dini Komitənin sədri Almaniyanın Süryani Ortodoks Kilsəsinin rəhbərliyi ilə görüşüb

Dini Komitənin sədri Almaniyanın Süryani Ortodoks Kilsəsinin rəhbərliyi ilə görüşüb
19.06.2024 12:45
Aa
dəq

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyunun 19-da ölkədə səfərdə olan Almaniyanın Süryani Ortodoks Kilsəsinin rəhbər heyəti ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Azərbaycanın nümunəvi dövlət-din münasibətləri modeli, dövlətin din sahəsindəki siyasəti barədə danışan Dövlət Komitəsinin sədri Prezident İlham Əliyevin tolerantlıq ənənələrini daha da inkişaf etdirərək dövlət siyasətinə çevirdiyini, ayrı-ayrı dini konfessiyalara münasibətdə heç bir fərq qoyulmadan dini sahəyə daim diqqət və qayğı göstərdiyini və bu uğurlu siyasət nəticəsində Azərbaycanın zəngin tolerantlıq və multikultural dəyərlərinin qorunduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanda dini konfessiyaların fəaliyyətinin dəstəklənməsi məqsədi ilə mütəmadi olaraq Azərbaycan Prezidenti dini qurumlara maliyyə vəsaiti ayırır.

Suriya Pravoslav Kilsəsinin ekumenik məsələlər üzrə arxiyepiskopu Mor Julius Hanna Aydın Azərbaycandakı tolerantlıq mühitini, ölkənin dinlər və mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsi, müxtəlif milli-mədəni dəyərlərin və multikulturalizm ənənələrinin qorunması istiqamətində göstərdiyi bütün səyləri yüksək qiymətləndirdiklərini diqqətə çatdırıb.

Qeyd edək ki, görüşdə Almaniyadakı Süryani Ortodoks Mor Yaqub Dasruq Kilsəsinin arxidyakonu Abuna Murat Üzel, Fray Universitetinin əməkdaşı Susi Üzel, Süryani icmasının və Süryani kilsənin 12 nəfərlik idarə heyətinin sədri Andreas Çelik iştirak ediblər.

Həftənin ən çox oxunanları

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir
DAVAMIN OXU davamın oxu

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib
DAVAMIN OXU davamın oxu

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar
DAVAMIN OXU davamın oxu

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib
DAVAMIN OXU davamın oxu