DİN vətəndaşlara çağırış etdi - DİQQƏTLİ OLUN

DİN vətəndaşlara çağırış etdi - DİQQƏTLİ OLUN
20.07.2024 14:10
Aa
dəq

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara bank kartlarının məlumatlarını tanımadıqları şəxslərə verməməkləri ilə bağlı çağırış edib.

DİN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə daxil olan çağırış mətnində bildirilib ki, bank kart məlumatlarının naməlum şəxslərə verilməsi pul vəsaitlərin oğurlanmasına səbəb olur.

Qeyd olunub ki, hər bir vətəndaş diqqətli olmalıdır, inandırıcı görünən hər bir hal – müraciət, təklif, vəd, qazanc vətəndaşın aldadılmasına yönələn tələlərdir.

"Vətəndaşlar “WhatsApp”, “Telegram”, “Signal”, “Messenger” üzərindən daxil olan zəngləri, mesajları cavablamadan, oxumadan, saxta linklərə daxil olmadan bloklamalıdır. “Bankdandır, kartınıza müdaxilə var, yoxlayırıq”, “satdığınız əşyanı almaq istəyirəm, beh ödəyim, kartınızı deyin” adı adı altında bütün zənglər, mesajlar bank kart məlumatlarının əldə olunmasına və vəsaitin oğurlanmasına səbəb olacaqdır.

İyulun 19-da ayrı-ayrı şəxslərin – 16780, 9745, 7550, 3070, 3026, 2807, 1951, 1380, 1320, 1102, 940, 850, 750, 736, 640, 600, 528, 500, 363, 293, 240, 198, 136 manat pulları oğurlanıb. Bütün oğurluq halları yalnız bir üsulla – bank kart məlumatları aldadılıb alınmaqla törədilir. Danışıqlar kiber üsulla hazırlanan, qeydiyyatı olmayan, xaricdən saxta nömrələr vasitəsilə aparılır. Vətəndaşlara çağırış edirik ki,diqqətli olun, şəxsi məlumatlarınızı naməlum şəxslərlə bölüşməyin, təhlükə var, inandırıcı görünən hər bir təklif yalandır".

Həftənin ən çox oxunanları

Yerə asteroid yaxınlaşır

Yerə asteroid yaxınlaşır
DAVAMIN OXU davamın oxu

Milyonluq dövriyyəsi olan kibercinayətkar şəbəkə ifşa edilib - VİDEO

Milyonluq dövriyyəsi olan kibercinayətkar şəbəkə ifşa edilib - VİDEO
DAVAMIN OXU davamın oxu

Xəzərdə balıq ovu qaydalarını pozan şəxslər saxlanılıb

Xəzərdə balıq ovu qaydalarını pozan şəxslər saxlanılıb
DAVAMIN OXU davamın oxu

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb
DAVAMIN OXU davamın oxu

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb
DAVAMIN OXU davamın oxu