Əsas məzmuna keç

DİN Şuşaya və Suqovuşana səfər edən şəxslərin təhlükəsizliyini nəzarətdə saxlayır

DİN Şuşaya və Suqovuşana səfər edən şəxslərin təhlükəsizliyini nəzarətdə saxlayır

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən bayram günlərində şəhərinə və qəsəbəsinə səfər edən şəxslərin təhlükəsizliyi məqsədilə tədbirlər davam etdirilir və nəzarətdə saxlanılır. Gedişənə icazə verilən bütün vətəndaşların və turistlərin sərbəst keçidi təmin edilir.

DİN-in mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, fərdi minik avtomobilləri ilə səfər edən və müvafiq portaldan (www.yolumuzqarabaga.az) qeydiyyatdan keçən vətəndaşların Şuşa şəhərinə səfəri Füzuli rayonunun Alxanlı keçid məntəqəsindən daxil olmaqla “Zəfər Yolu” ilə, Suqovuşan qəsəbəsinə isə Tərtər və Goranboy (Tapqaraqoyunlu kəndi) rayonları istiqamətindən müəyyən edilən marşrut üzrə təşkil edilir.

Təhlükəsizlik məqsədilə marşrutdan kənar ərazilərə insanların hərəkətinə icazə verilmir. Bununla bağlı müvəqqəti postlarında sürücülərə təlimat-bildirişlər təqdim olunur.

Təqvim

  1. Zəfər Günü 8 noyabr · 28 gün qalıb
  2. Dövlət Bayrağı Günü 9 noyabr · 29 gün qalıb
  3. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 31 dekabr · 81 gün qalıb
Bütün bayramlar ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…