Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə müvəqqəti rəis təyin olunub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, mətbuat xidmətinin rəisi vəzifəsinin icrası müvəqqəti olaraq polis polkovnik-leytenantı Elşad Hacıyevə tapşırılıb.