DİN: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın

DİN: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28.03.2024 21:24
Aa
dəq

Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.

“30 000, 17 000, 26 700, 9 000, 270, 500, 678, 852, 310, 400 manat məbləğlərində talamalar necə baş verir? Nəyisə almaq, nəyisə kirayələmək üçün onlayn qaydada beh ödəyirsiniz. Sonra beh ödədiyiniz şəxs sizə geri zəng edərək, yaxud, mesaj yazaraq, razılaşmanın mümkün olmadığı, alınmadığı üçün üzr istəyərək behi qaytarmaq istəyir. Siz də həmin pulu geri qaytarmaq üçün bank kartı məlumatlarını həmin şəxsə göndərirsiniz. Nəticədə kartınızda olan bütün vəsait hesabınızdan oğurlanır. Bütün bunları nəzərə alaraq, bank kart istifadəçilərini diqqətli olmağa çağırırıq.

Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın”, - E.Hacıyev vurğulayıb.

Həftənin ən çox oxunanları

Bakıda yanan avtomobil tıxaca səbəb olub

Bakıda yanan avtomobil tıxaca səbəb olub
DAVAMIN OXU davamın oxu

Metroda qadın dünyasını dəyişib

Metroda qadın dünyasını dəyişib
DAVAMIN OXU davamın oxu

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib
DAVAMIN OXU davamın oxu

Biləsuvarda anbar yanıb

Biləsuvarda anbar yanıb
DAVAMIN OXU davamın oxu

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib

“Toplum TV” işi üzrə daha bir nəfər istintaqa dəvət edilib
DAVAMIN OXU davamın oxu