DİN: Gəncədə kafeyə qumbara atan şəxs Bakıda zərərsizləşdirilib

DİN: Gəncədə kafeyə qumbara atan şəxs Bakıda zərərsizləşdirilib
21.05.2023 16:21
Aa
dəq

Gəncədə kafeyə qumbara atan şəxs Bakıda zərərsizləşdirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DİN-dən bildirilib.

Xəbər verildiyi kimi, ötən gün naməlum şəxs Gəncə şəhəri ərazisindəki kafelərdən birinə qumbara ataraq bir neçə nəfərin xəsarət alması və kafeyə ciddi maddi ziyan dəyməsi ilə nəticələnən cinayət hadisəsi törədib.

Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin şəxsin, törətdiyi müxtəlif cinayətlərə görə əvvəllər dəfələrlə məhkum olunmuş Gəncə şəhər sakini Elmir Nağıyev olması və onun Bakı şəhərindəki mənzillərdən birində gizləndiyi müəyyən olunub.

E.Nağıyev saxlanılarkən polis əməkdaşlarına qarşı odlu silahla müqavimət göstərib. Bundan sonra polis əməkdaşları tərəfindən silah tətbiq edilib, nəticədə Elmir Nağıyev zərərsizləşdirilib.

Hadisə yerindən 1 ədəd əl qumbarası və tapança götürülüb.

Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Həftənin ən çox oxunanları

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur
DAVAMIN OXU davamın oxu

İlqar Mustafayev həbs edildi

İlqar Mustafayev həbs edildi
DAVAMIN OXU davamın oxu

Goranboyda məktəbli şagird yoldaşını bıçaqladı

Goranboyda məktəbli şagird yoldaşını bıçaqladı
DAVAMIN OXU davamın oxu

Bu məntəqələrin nəticələri ləğv olundu

Bu məntəqələrin nəticələri ləğv olundu
DAVAMIN OXU davamın oxu

Əsgərimiz bədbəxt hadisə nəticəsində öldü

Əsgərimiz bədbəxt hadisə nəticəsində öldü
DAVAMIN OXU davamın oxu