Əsas məzmuna keç

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

Daxili İşlər Nazirliyi dələduzluq halları ilə bağlı vətəndaşlara müraciət edib. DİN-dən  "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, müraciətə...

Daxili İşlər Nazirliyi halları ilə bağlı vətəndaşlara müraciət edib.

DİN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, müraciətə deyilir:

"Yaxın qohumlarının xəstə, müalicəsinə təcili pul lazım olması adı ilə vətəndaşlara, xüsusən yaşlı nəslin nümayəndələrinə xaricdən ev telefonları vasitəsilə zənglər olunur. Hətta vasitəsilə səslər eyniləşdirilir və onlara yaxın qohumlarının başına bədbəxt hadisə gəldiyini bildirib, yardım göstərilməsi üçün pul tələb edilir.
Həmin vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi faktları üzrə əməkdaşları tərəfindən araşdırmalar aparılıb, bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib və şəxslərin saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunması təmin edilib".

Nazirliyin çağırışında qeyd olunub ki, bu hallarla bağlı vətəndaşlar diqqətli olsunlar, daxil olan zənglər üzrə verilən məlumatları dəqiqləşdirsinlər, tanımadıqları şəxslərə qəti şəkildə pul vəsaitləri verməsinlər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…