Əsas məzmuna keç

DİM uşaqların potensialının üzə çıxarılması üçün layihə hazırlayır

DİM uşaqların potensialının üzə çıxarılması üçün layihə hazırlayır

bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “ASAN xidmət”in təşkilatçılığı ilə keçirilən insan resursları və idarəetmə...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

"Uşaqlara ilk növbədə özlərini dərk edib, potensiallarını qiymətləndirməyi öyrətməliyik".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “ASAN xidmət”in təşkilatçılığı ilə keçirilən insan resursları və idarəetmə forumunda deyib.

O bildirib ki, hər bir insan öz potensialını bilməlidir. Bunu dərk edəndən sonra müəyyən inkişaf trayektoriyasını cızmaq üçün müəllimlər lazımdır: "Müəllimlər bölüşməkdən başqa, onu necə əldə etməyin yollarını öyrətməlidirlər. Bilik bir okeandırsa, həmin okeanda üzməyi bacarmaq lazımdır. Bizdə bir atalar sözü var: Palaza bürün, el ilə sürün. Amma bu, hesab edirəm doğru deyil. Bəlkə insanın öz yolu var?!"

M.Abbaszadə qeyd edib ki, uşaqların potensialının üzə çıxarılması üçün layihə hazırlayırlar: "Artıq 5000-dən çox uşaq verib. Biz indi testlərin əsasında təkmilləşdirmə aparıb proqram təminatı hazırlayırıq. Həmin proqramı məktəblərə vermək istəyirik ki, təxminən 7-ci sinifdən məktəblilər özlərini dərk edib, hansı sahədə potensialları olduğunu bilsinlər. Hazırda bu layihə ilə bağlı işçilərimiz müxtəlif rayonlarda testlər aparır və yekunda layihə Elm və Təhsil Nazirliyinə təqdim olunacaq".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…