Operativ Məlumat Mərkəzi

DİM qəbul imtahanının düzgün cavablarını açıqladı

1 dəq
Paylaş:
DİM qəbul imtahanının düzgün cavablarını açıqladı
Mayın 25-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə qəbul imtahanında istifadə olunan test tapşırıqlarının izahı və...

Mayın 25-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə qəbul imtahanında istifadə olunan test tapşırıqlarının izahı və düzgün cavabları açıqlanıb.

DİM-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, imtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqlarının izahını, eləcə də qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavablarını buradan əldə edə bilərlər.

Qeyd olunub ki, imtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 16-17 gündən sonra elan olunması nəzərdə tutulur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər