Operativ Məlumat Mərkəzi

DİM islamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərə müraciət edib

1 dəq
Paylaş:
DİM islamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərə müraciət edib

İslamşünaslıq ixtisası üzrə boş qalan yerlərə qəbul olmaq istəyən abituriyentlər müsahibədə iştirak etmək üçün 1-4 sentyabr tarixlərində saat 9:30-dan 17:30-dəkAzərbaycan İlahiyyat İnstitutuna (Məhəmməd Naxçıvani küçəsi, 29) ərizə ilə müraciət edərək qeydiyyatdan keçməlidirlər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Tələb olunan sənədlər arasında şəxsiyyət vəsiqəsi və buraxılış və qəbul imtahanlarının nəticələrinə dair arayış yer alır.

İslamşünaslıq ixtisası üzrə DPK Bakıda fəaliyyət göstərəcək. DPK-nın tərkibinə ilahiyyat sahəsi üzrə mütəxəssislər, ekspertlər və DİM-in əməkdaşları daxil edilirlər.

Müsahibədə abituriyentin dünyagörüşü və dini bilikləri, dini baxışları və dünyəvilik anlayışı, psixoloji parametrlərinin İslamşünaslıq ixtisasına uyğunluğu, tolerantlıq və multikulturalizm təsəvvürləri yoxlanılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər