Əsas məzmuna keç

DİM-də PMP imtahanları üçün yeni tarixlər müəyyənləşib

DİM-də PMP imtahanları üçün yeni tarixlər müəyyənləşib

Dövlət İmtahan Mərkəzi beynəlxalq sertifikat əldə etmək istəyən namizədlər üçün əlavə imtahan günləri elan edib.

en ru

“Pearson VUE” təşkilatının rəsmi kompüterəsaslı test mərkəzi kimi fəaliyyət göstərən Dövlət İmtahan Mərkəzi (DİM) vətəndaşların müraciətlərini nəzərə alaraq, təşkilatla razılaşdırılmış şəkildə cədvəlinə iyunun 3-ü, 10-u və 20-si tarixlərini əlavə edib.

DİM-dən verilən məlumata görə, qeydiyyat prosesi birbaşa “Pearson VUE” tərəfindən idarə olunur. İmtahanda iştirak etmək istəyənlər aşağıdakı addımları izləməlidirlər:

  • “Pearson VUE”-nun rəsmi internet səhifəsində hesab yaratmaq;
  • İmtahan veriləcək proqramı seçərək şəxsi kabinet vasitəsilə qeydiyyatı tamamlamaq;
  • Qeydiyyat zamanı imtahan mərkəzi kimi “Azerbaijan Republic State Examination Center” seçimini etmək.

Namizədlər test mərkəzini seçdikdən sonra DİM-də keçiriləcək imtahan tarixləri və digər zəruri məlumatlarla tanış ola bilərlər. Qeyd edək ki, Project Management Institute (PMP) imtahanının formatında iyulun 9-dan etibarən dəyişikliklər tətbiq olunacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…