Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Zamanın dayandığı gecə: 20 Yanvar faciəsi rəqəmsal dünyada əbədiləşdi

2 dəq
Paylaş:
Zamanın dayandığı gecə: 20 Yanvar faciəsi rəqəmsal dünyada əbədiləşdi

Azərbaycanın tarixinin ən qanlı və şərəfli səhifəsi olan 20 Yanvar faciəsi müasir jurnalistika standartları ilə yenidən işıqlandırılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" komandası faciənin 36-cı ildönümündə “Zamanın dayandığı gecə” adlı unikal rəqəmsal layihəni ictimaiyyətə təqdim edib.

Bu layihə sadəcə tarixi xronika deyil, izləyicini həmin gecənin canlı şahidinə çevirən interaktiv rəqəmsal abidədir.

Layihə Azərbaycanda hələ yeni olan “scrollytelling” (sürüşdürüb-oxuma) formatında hazırlanıb. Bu format məqalələrdən fərqli olaraq, oxucunu passiv müşahidəçidən hadisələrin iştirakçısına çevirir. Saytda aşağıya doğru hərəkət etdikcə, zaman 1990-cı ilin yanvarına geri qayıdır və istifadəçi hadisələrin xronoloji ardıcıllığını dəqiqəbədəqiqə yaşayır.

"Zamanın dayandığı gecə" layihəsi 19 yanvar saat 19:26-da — Televiziyasının enerji blokunun partladılması və Bakının informasiya blokadasına salınması ilə başlayır.

Layihənin vizual həlli "Dark Mode" (Qaranlıq rejim) estetikasına əsaslanır. Ekranın dərin qara fonunda görünən qırmızı qərənfil ləçəkləri və 3D formatında səmaya qalxan işıqlar (hər biri bir şəhidin ruhunu simvolizə edir) vizual təsir gücünü artırır.

Layihənin hazırlanmasında Reza Deqatinin nadir fotoşəkillərindən və arxiv video sənədlərindən istifadə olunub. Məqsəd, 20 Yanvar həqiqətlərini "Z nəslinə" onların anladığı rəqəmsal dildə çatdırmaq və bu qəhrəmanlıq dastanını auditoriya üçün əlçatan etməkdir.

147 şəhidin, 744 yaralının və milyonlarla azərbaycanlının iradəsinin simvolu olan bu layihəni izləmək üçün aşağıdakı linkə keçid edə bilərsiniz.

Unutmadıq, unutdurmarıq!

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Araşdırma

Hamısına bax