Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Deputat yollarda kamera cərimələrinin dayandırılmasını təklif etdi

2 dəq
Paylaş:
Deputat yollarda kamera cərimələrinin dayandırılmasını təklif etdi

İnfrastrukturun tamamlanmadığı yollarda kameralar vasitəsilə cərimə tətbiqi müvəqqəti dayandırılmalıdır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Naqif Həmzəyev parlamentin növbədənkənar sessiyasının ilk iclasında çıxış edib.

çıxışında qeyd edib ki, taksi sürücüsü və ya peşəkar sürücü sürücülük hüququnu itirsə peşəsini, gəlirini və bir çox halda ailənin maddi rifahını itirmiş olur:

"Sürücülük hüququndan məhrum etmə həddinin 20 baldan 40-50 bala qaldırılmasını və yalnız kobud pozuntular zamanı bal kəsilməsinin tətbiqini edirəm. Ən pis halda isə ilk dəfə yüngül qayda pozuntuları zamanı yalnız cərimə ilə kifayətlənmək olacağını düşünürəm.

Eyni zamanda qeyd etmək istəyirəm ki, yol hərəkət qaydaları ancaq açıq, görünən, standartlaşmış nişanlanma sistemi mövcud olduğu halda ədalətli şəkildə edilə bilər. Bu çərçivədə Gəncə şəhərinin və digər paytaxtdan kənar yolların xətlənmə işlərinin daha keyfiyyətli aparılması vacibdir. Bu sahədə çox ciddi nöqsanlar var, bunun aradan qaldırılmasını xahiş edirəm. Eyni zamanda hasarlanan, silinən, görünməz halda nişanların inventarizasiyasının aparılmalı və vaxtında yenilənmələr edilməsi nəzarətə götürülməlidir".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax