Əsas məzmuna keç

Deputat: "Ermənilərin Laçındakı təxribatından sonra Gədəbəydəki təxribat gözlənilən idi”

Deputat: "Ermənilərin Laçındakı təxribatından sonra Gədəbəydəki təxribat gözlənilən idi”

“Bu yaxınlarda Laçın nəzarət-buraxılış məntəqəsinə qarşı törədilmiş təxribatdan sonra Gədəbəydəki təxribat gözlənilən idi”. Bunu Milli Məclisin deputatı...

“Bu yaxınlarda Laçın nəzarət-buraxılış məntəqəsinə qarşı törədilmiş təxribatdan sonra Gədəbəydəki gözlənilən idi”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev parlamentin növbədənkənar sessiyasının iyunun 23-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, AŞPA-da erməni deputatların bu təxribatı necə səbirsizliklə gözlədiklərini müşahidə ediblər: “Beynəlxalq təşkilatlardakı deputatlar da öz fəaliyyətlərindən əl çəkmirlər. Ermənipərəst deputat Natali ilə görüşmək istəyəndə bizi qəbul etməmişdi”.

Milli Məclisin sədri isə T.Gəncəliyevə cavabında bildirib ki, gərək elə o görüşmək istəməyəndə dərhal tviterdə status yazardınız: “O, Avropa Parlamentinin deputatı, siz isə Avropa İttifaqı - Parlament Əməkdaşlıq Komitəsinin sədrisiniz”.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…