Deputat: "Bu sərəncam, müstəqillik dövründə imzalanmış ən çox məhkum sayını əhatə edən bir əfv sərəncamıdır"

Deputat: "Bu sərəncam, müstəqillik dövründə imzalanmış ən çox məhkum sayını əhatə edən bir əfv sərəncamıdır"
08.05.2023 16:50
Aa
dəq

"Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış əfv sərəncamı 801 nəfər məhkumun həm cəzasının azaldılması, həm də bu və ya digər şəkildə məcburi islahdan azad olunması istiqamətində atılmış bir addımdır".

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında deputat Arzu Nağıyev bildirib.

"Bu sərəncam çox mühim əhəmiyyət kəsb edir. Ümumiyyətlə, son vaxtlar, müstəqillik dövründə imzalanmış ən çox məhkum sayını əhatə edən bir əfv sərəncamıdır. Əfv sərəncamında müxtəlif kateqoriyalı məhkum olunmuş şəxslər yer tapır. Burada söhbət siyasi partiya rəhbərindən, eyni zamanda jurnalistdən, Tərtər hadisələri və Gəncə hadisələrinə görə məhkum olunmuş şəxslərdən də gedir". 

Deputat qeyd edib ki, sərənacmda məhkumların ailələrinin bu və ya digər şəkildə maddi-mənəvi, eyni zamanda sosial məşiət problemləridə nəzərə alınır və bu humanist bir addım kimi dəyərləndirilməlidir.

"Əsas məsələ də ondan ibarətdir ki, bu, dövlət başçısının, Azərbaycan hakimiyyətinin öz vətəndaşına olan münasibətidir. Ona görə də, bu sərəncam ancaq alqışlanmalıdır. Təbii ki, hər bir ailəyə sevinc bəxş edən addımdır. Çünki, bunun əsas mənası ondan ibarətdir ki, insan qanunlara uyğun yaşamalıdır. İstər Azərbaycan qanunları, istər Konstitusiya, istər digər məcəllələr olsun, hər bir Azərbaycan vətəndaşı onlara uyğun yaşamalıdır. Və hər bir şəxs Azərbaycanın gələcəyi, müstəqilliyi, suverənliyi, rifahı naminə öz işini qurmalıdır. Bir daha qeyd edirəm ki, sərəncam çox mühim əhəmiyyət kəsb edir və böyük bir arealı əhatə edir. Ayın 10-a qədər bu sərəncam öz icrasını tapacaqdır. Bununla bağlı aidiyyəti qurumlar öz işlərini aparacaqlar".

Mədinə Useynova

Həftənin ən çox oxunanları

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir
DAVAMIN OXU davamın oxu

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu