Operativ Məlumat Mərkəzi

Deputat: Bu ilin yanvar-fevral aylarında gün ərzində 50-dən çox boşanma olub

1 dəq
Paylaş:
Deputat: Bu ilin yanvar-fevral aylarında gün ərzində 50-dən çox boşanma olub
bunu Milli Məclisin deputatı Müşfiq Cəfərov parlamentin növbədənkənar sessiyasının iyunun 7-də keçirilən iclasında çıxışı zamanı deyib. Onun sözlərinə...

Bu ilin yanvar-fevral aylarında gün ərzində 50-dən çox boşanma olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Milli Məclisin deputatı Müşfiq Cəfərov parlamentin növbədənkənar sessiyasının iyunun 7-də keçirilən iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün ölkədə boşanmaların sayı ciddi şəkildə artıb: “Bu, artıq SOS siqnalıdır və qarşısının alınması üçün ciddi addımlar atılmalıdır. Nəzərə alsaq ki, ölkədə vətəndaş nikahı yoxdur, insanlar tövsiyə, məsləhət əsasında nikaha daxil olurlar. Hətta bir çox hallarda bir-birilərini yaxından tanımırlar. Təbii ki, bu da sonradan boşanmaların sayının artmasına gətirib çıxarır”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər