Operativ Məlumat Mərkəzi

Dənizkənarı Milli Parkda batan gənc oğlan xilas edilib

1 dəq
Paylaş:
Dənizkənarı Milli Parkda batan gənc oğlan xilas edilib

Dənizkənarı Milli Parkda batan gənc oğlan xilas edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Belə ki, nazirliyin “112” qaynar telefon xəttinə gecə saatlarında Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində 1998-ci il təvəllüdlü Aşırov Kənan İbarət oğlu dalğıclar tərəfindən xilas edilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər