Dənizdə dövlət sərhədini pozaraq Azərbaycana keçməyə cəhd edən İraq vətəndaşı saxlanılıb

Dənizdə dövlət sərhədini pozaraq Azərbaycana keçməyə cəhd edən İraq vətəndaşı saxlanılıb
03.08.2024 13:09
Aa
dəq

Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi sahəsində təxirəsalınmaz tədbirlər davam etdirilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, avqust ayının 1-də saat 04:30-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən Xəzər dənizinin cənub hissəsində sahildən 1.8 mil məsafədə İran İslam Respublikasından şimal istiqamətinə hərəkət edən naməlum hədəf aşkar olunub.

 

Aşkarlanmış hədəfin saxlanılması məqsədilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmisi tərəfindən təqibetmə əməliyyatına başlanılıb, sahil nəzarəti bölmələri aidiyyəti üzrə məlumatlandırılıb və sahil xəttinin qapadılması üzrə təxirəsalınmaz tədbirlər görülüb.

Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri və sərhəd gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində kiçik həcmli üzmə vasitəsilə dövlət sərhədini pozmaqla Azərbaycan Respublikası ərazisinə keçməyə cəhd göstərən 1 nəfər İraq Respublikası vətəndaşı 1992-ci il təvəllüdlü Mahdi Salih Fayzi saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.

Həftənin ən çox oxunanları

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb
DAVAMIN OXU davamın oxu

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb
DAVAMIN OXU davamın oxu

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
DAVAMIN OXU davamın oxu

Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub

Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub
DAVAMIN OXU davamın oxu