Operativ Məlumat Mərkəzi

Dəm qazından zəhərlənən kişi hamamda ölüb, qadının vəziyyəti ağırdır

1 dəq
Paylaş:
Dəm qazından zəhərlənən kişi hamamda ölüb, qadının vəziyyəti ağırdır
gecə saatlarında baş verən hadisə nəticəsində Sumqayıt şəhər sakini 1984-cü il təvəllüdlü İbrahimov Ziya Əsgər oğlu dünyasını dəyişib, Şamaxı şəhər...

Dünən gecə saatlarında Qəbələdə baş vermiş, ölümlə nəticələnən dəm qazından zəhərlənmə hadisəsinin bəzi təfərrüatları məlum olub.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, gecə saatlarında baş verən hadisə nəticəsində Sumqayıt şəhər sakini 1984-cü il təvəllüdlü İbrahimov Ziya Əsgər oğlu dünyasını dəyişib, Şamaxı şəhər sakini 1992-ci il təvəllüdlü Abdullayeva Turanə Ağasəf qızı ağır vəziyyətdə rayon Diaqnostika mərkəzinə yerləşdirilib.

Hər iki şəxsin qonaq gəldikləri Vəndam qəsəbəsində kirayə qaldıqları evin hamam otağında tapıldığı məlum olub.

Faktla bağlı araşdırma aparılır.

APA

Bu xəbəri paylaş

Oxşar xəbərlər