Operativ Məlumat Mərkəzi

DƏHŞƏTLİ HADİSƏ: Bakıda bir ailənin 5 üzvü qətlə yetirilib - YENİLƏNİB

3 dəq
Paylaş:
DƏHŞƏTLİ HADİSƏ: Bakıda bir ailənin 5 üzvü qətlə yetirilib - YENİLƏNİB
Bakıda 5 nəfər ailə üzvünü qəsdən öldürməkdə şübhəli bilinən şəxsin ibtidai istintaqı davam etdirilir. Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş...

Bakıda 5 nəfər ailə üzvünü qəsdən öldürməkdə şübhəli bilinən şəxsin ibtidai istintaqı davam etdirilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş Prokurorluqdan məlumat verilib.

***

Bakıda qətl baş verən ailənin daha iki üzvünün öldürüldüyü məlum olub.

DİN-in Mətbuat Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, davam etdirilən araşdırmalarla paytaxtın Xətai rayonunda valideynlərini və qardaşını qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədovun bu cinayəti törətməzdən əvvəl başqa bir ünvanda bacısı - 1997-ci il təvəllüdlü Əhmədova Elmira Mehman qızını və onun azyaşlı övladını eyni üsulla qətlə yetirməsi müəyyən edilib.

Qətlə yetirilən qız uşağının 5 yaşı olub.

***

Xətai rayonunda bir ailənin üç üzvünün qətli ilə nəticələnən hadisə mübahisə zəminində baş verib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

***

Bakının Xətai rayonunda bir ailənin üç üzvü qətlə yetirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 13-də saat 16:30 radələrində paytaxtın Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Bikə Bədəl qız Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər