Əsas məzmuna keç

Debbi qasırğası 6 nəfərin ölümünə səbəb olub

Debbi qasırğası 6 nəfərin ölümünə səbəb olub

pis hava 6 nəfərin ölümünə səbəb olub. Əsasən, Florida sakinləri şiddətli küləklər və daşqınlardan əziyyət çəkiblər. Bəzi regionlar tamamilə suların...

Amerikanın Florida və digər bir neçə qasırğasının təsir altına düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, pis hava 6 nəfərin ölümünə səbəb olub.

Əsasən, Florida sakinləri şiddətli küləklər və daşqınlardan əziyyət çəkiblər.

Bəzi regionlar tamamilə suların əsarətində qalıb. Əhalinin təxliyəsi üçün işlər görülür.

Debbi qasırğası Meksika körfəzində formalaşıb. Onun yaratdığı küləyin saatda 104 kilometrə çatıb. Meteoroloqlar qasırğanın ötənilki “İdaliya” qasırğası ilə, demək olar ki, eyni trayektoriya üzrə hərəkət etdiyini bildiriblər. Qasırğanın, qarşıdakı günlərdə, eyni zamada, Corciya, Şimali və Cənubi Karolina ştatlarında katastrofik daşqınlara səbəb olacağı gözlənilir. Qubernatorlar bu ştatlarda fövqəladə vəziyyət elan ediblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…