Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ-də Trampın hərbi səlahiyyətləri ilə bağlı müzakirələr güclənə bilər

2 dəq
Paylaş:
ABŞ-də Trampın hərbi səlahiyyətləri ilə bağlı müzakirələr güclənə bilər

İranla atəşkəs rejiminin pozulması ABŞ-də siyasi müzakirələri yenidən gündəmə gətirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, "The Hill" nəşrinin məlumatına görə, baş verən hadisələr daxilində Donald Trampın hərbi səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı çağırışları gücləndirə bilər.

Məlumata görə, ABŞ Senatında respublikaçıların yeni büdcəsi ilə bağlı səsvermədə fikir ayrılığı yaşaya biləcəyi bildirilir.

Bildirilib ki, adı açıqlanmayan bir senator Ağ Evin Pentaqonun fövqəladə müdafiə xərcləri paketi üçün öz partiyasından belə 50 səs toplamaqda çəkə biləcəyini deyib.

Qeyd olunub ki, müdafiə idarəsinə artıq 67 milyard dollardan çox əlavə vəsait ayrılması partiya daxilində narazılığı daha da artırıb.

Məlumata əsasən, iyulun 8-nə keçən gecə baş verən qarşılıqlı hərbi zərbələrdən sonra ABŞ və İran arasında atəşkəs rejiminin artıq qüvvədə olmadığını bəyan edib. O, Tehranla danışıqların davam etdirilməsini "vaxt itkisi" adlandırıb.

Qeyd edək ki, analitiklərin fikrincə, daha əvvəl müharibənin dayandırılması ilə bağlı qətnamələrin əleyhinə səs verən bəzi respublikaçı senatorlar yaranmış vəziyyət fonunda mövqelərinə yenidən baxa bilərlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax