İsrail silahlı qüvvələri gecə saatlarında Livan ərazisinə 20-dən çox hava zərbəsi endirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.
Məlumata görə, hücumlar əsasən Beyrutun Dahiya bölgəsinə və Litani çayı üzərindəki Əl-Qasamiya körpüsünə yönəlib.
"Al-Jazeera" telekanalının Livanın mülki müdafiə xidmətinə istinadən verdiyi xəbərə görə isə, İsrailin dünənki genişmiqyaslı hücumları nəticəsində 250-dən çox insan həyatını itirib, 1165 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bundan əvvəl Livanın Səhiyyə Nazirliyi 112 nəfərin öldüyünü və 837 nəfərin yaralandığını açıqlamışdı.
Qeyd edək ki, aprelin 8-də İsrail aviasiyası Beyrutun mərkəzi rayonlarına və cənub ətraflarına da zərbələr endirmişdi.
"Hizbullah" hərəkatı mülki vətəndaşların ölümü ilə nəticələnən bu hücumlara cavab verəcəyini bəyan edib.