Livan Səhiyyə Nazirliyi bildirib ki, 17 apreldə elan olunan atəşkəsdən sonra İsrailin Livana endirdiyi zərbələr nəticəsində 380 nəfər həyatını itirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumat AFP agentliyinə açıqlanıb.
Nazirlik rəsmisinin sözlərinə görə, 2 martdan bəri davam edən qarşıdurmalar zamanı ümumilikdə 2900 nəfər ölüb.
Məlumata əsasən, atəşkəs qüvvəyə mindikdən sonra həlak olanlar arasında 22 uşaq və 39 qadın da var.
ABŞ-nin dəstəklədiyi atəşkəs razılaşmasına əsasən, İsrail tərəfi “planlaşdırılmış, qaçılmaz və ya davam edən hücumların” qarşısını almaq üçün hərbi əməliyyat keçirmək hüququnu özündə saxladığını bildirir.
Bununla yanaşı, İsrail ordusunun hava zərbələrini davam etdirdiyi və sərhəddən təxminən 10 kilometr şimalda yerləşən “sarı xətt” arxasında fəaliyyət göstərdiyi qeyd olunur.