Əsas məzmuna keç

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədri Bərdədə vətəndaşları qəbul edib

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin sədri Bərdədə vətəndaşları qəbul edib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri...

İqtisadiyyat Nazirliyi yanında Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Alimova şəhərində Goranboy, Tərtər, Bərdə, Ağdam, Yevlax, Ağdaş rayonlarından, həmçinin Naftalan və Mingəçevir şəhərlərindən olan vətəndaşları qəbul edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, qəbulda 23 vətəndaş iştirak edib. İştirakçılar daşınmaz əmlak üzrə mülkiyyət hüquqlarının qeydiyyatı, kadastrı, torpaqların təyinatının dəyişdirilməsi və digər məsələlər barədə müraciət edib.

Bəzi məsələlər həllini tapıb, araşdırma tələb edən müraciətlər baxılması üçün qeydiyyata alınıb, vətəndaşlara qanunvericiliyin tələbləri barədə ətraflı məlumat və izahat verilib.

Vətəndaş qəbulunun digər şəhər və rayonlarda da keçirilməsi nəzərdə tutulur. Bu barədə əvvəlcədən Xidmətin rəsmi saytı (emlak.gov.az) və KİV vasitəsilə məlumat veriləcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…