Danimarka, Ukrayna pilotlarına F-16 təlimi verməyə başlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Danimarka Müdafiə Naziri vəzifəsini icra edən Troels Lund Poulsen milli yayımçı DR-ə etdiyi çıxışında söyləyib.
Danimarka donanmasında olan F-16 təyyarələrini əvəz etmək üçün 27 F-35A təyyarəsi sifariş edib. Yeni döyüş təyyarələrinin 2023-cü ilin sonundan Danimarka Silahlı Qüvvələrinin inventarına daxil olacağı gözlənilir.