Mənzilə çıxış üçün aşağı gəlir baryer olmamalıdır.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Avropa İttifaqının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensen BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Qlobal mənzil böhranı: Plan nədir?” adlı dialoq sessiyasına videomüraciətində deyib.
“Avropa İttifaqının da bu böhranın həlli istiqamətində oynayacağı rol var. Biz axını müsbət istiqamətdə dəyişə bilərik. Hər kəsin mənzillə təmin olunması üçün plan həyata keçirməyə çalışırıq. Biz keyfiyyətli mənzilə fokuslanırıq. Çünki, insanların həyatı önəmlidir. Həmçinin biz yaxşı icmalar qurmalıyıq. Tələbələr və evsiz insanlar bu böhrandan ən çox əziyyət çəkənlərdir. Biz bu böhranı birlikdə həll edə və dəyişikliklərə nail ola bilərik. Çünki bütün dünyada mənzil problemi həll olunmalıdır”, - deyə Dan Yorgensen bildirib.