Cənubi Koreyanın Muan hava limanında baş verən təyyarə qəzasından sonrakı işlərə polis, xilasedicilər və hərbçilər daxil olmaqla 1,5 mindən çox insan cəlb edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə Koreya Respublikasının Dövlət Əraziləri, İnfrastruktur və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qəza yerinə fövqəladə hallar xidmətinin 490 əməkdaşı (xilasedicilər və tibb işçiləri), 455 polis əməkdaşı, 340 hərbçi, eləcə də regional hakimiyyət orqanlarının əməkdaşları - ümumilikdə 1562 nəfər gəlib.
Muan Beynəlxalq Hava Limanında təyyarə qəzasında ölənlərin təsdiqlənmiş sayı 124 nəfərə çatıb. Hakimiyyət orqanları təyyarənin quyruq hissəsində olan iki ekipaj üzvü istisna olmaqla, bütün sərnişinlərin və ekipaj üzvlərinin (müvafiq olaraq 175 və 6 nəfər) öldüyünü ehtimal edir.
“Jeju Air” aviaşirkətinin Bankonq-Muan reysini yetirən yetirən “Boeing 737-800” təyyarəsi saat 9.07 radələrində Muan hava limanında eniş edərkən uçuş-enmə zolağından çıxaraq hasara çırpılıb və yanğın əmələ gəlib. Təyyarənin göyərtəsində 181 nəfər olub.
***
Cənubi Koreyanın Muan Beynəlxalq Hava Limanında baş verən təyyarə qəzasında 122 nəfərin öldüyü təsdiqlənib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
“Jeju Air” aviaşirkətinin Bankonq-Muan reysini yetirən yetirən “Boeing 737-800” təyyarəsi Muan hava limanında eniş edərkən uçuş-enmə zolağından çıxaraq hasara çırpılıb və yanğın əmələ gəlib. Təyyarənin göyərtəsində 181 nəfər olub.
Bundan əlavə, Muan Beynəlxalq Hava Limanında təyyarənin qəzaya uğraması ilə əlaqədar bütün daxili və beynəlxalq reyslər ləğv edilib.
***
Cənubi Koreyanın Muan Beynəlxalq Hava Limanında “Jeju Air” təyyarəsinin qəzaya uğraması ilə əlaqədar bütün daxili və beynəlxalq reyslər ləğv edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Chungan Ilbo” nəşri məlumat yayıb.
Koreya Hava Limanları Korporasiyasının məlumatına görə, səhər saat 10:00-da Çecuya uçmalı olan “Jeju Air 7C341” reysinə qeydiyyat dayandırılıb. Bundan başqa, saat 13:35-də Çecuya planlaşdırılan “Jin Air LJ467” reysi, saat 16:50-də Siem Reapa yerinə yetirilməli olan “Cambodia Airways KR542” reysi, eləcə də Banqkoka olan “Jeju Air 7C2215” və Taybeyə olan “Jin Air LJ747” reysləri də ləğv edilib.
"Həmin gün Muan Beynəlxalq Hava Limanına gəlməli olan bütün reyslərin hamısı ləğv edilib", - nəşr yazır.
“Jeju Air” aviaşirkətinin Bankonq-Muan reysini yetirən yetirən “Boeing 737-800” təyyarəsi Muan hava limanında eniş edərkən uçuş-enmə zolağından çıxaraq hasara çırpılıb və yanğın əmələ gəlib. Təyyarənin göyərtəsində 181 nəfər olub.
***
Koreya Respublikasının səlahiyyətli prezidenti, baş nazirin müavini, maliyyə naziri Çxve San Mok Colla-Namdo əyalətindəki Muan hava limanında təyyarə qəzası yerinə gəlib.
"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinə istinadən “Newspim” agentliyi məlumat yayıb.
Koreya Respublikasının səlahiyyətliləri hesab edir ki, qəzaya uğrayan Boeing 737-800 təyyarəsinin göyərtəsində olan insanların çoxu (175 sərnişin və 6 ekipaj üzvü) xilas edilmiş 2 nəfər istisna olmaqla, həlak olub.
***
Cənubi Koreyada Muan hava limanında “Boeing 737-800” təyyarəsinin qəzaya uğraması nəticəsində yalnız iki nəfərin xilas olduğu bildirilir.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, yanğınsöndürmə xidmətinin ilkin məlumatına əsasən, 179 nəfər həlak olub. Hələlik 85 nəfərin ölümü təsdiqlənib.
“Yonhap” agentliyi sağ qalanlar barədə məlumatların fərqli olduğunu bildirir. İddia edilir ki, iki qadın və bir ekipaj üzvü xilas olub. “Reuters”in məlumatına görə, iki ekipaj üzvü - bir kişi və bir qadın xilas olub.
***
Koreya Respublikasının səlahiyyətliləri hesab edir ki, qəzaya uğrayan Boeing 737-800 təyyarəsinin göyərtəsində olan insanların çoxu (175 sərnişin və 6 ekipaj üzvü) xilas edilmiş 2 nəfər istisna olmaqla, həlak olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
İlkin versiyaya görə, qəza quşlarla toqquşma nəticəsində yaranan eniş qurğusunun nasazlığı səbəbindən baş verib. Ekipaj təyyarəni endirməyə çalışsa da, sürəti azalda bilməyib və hava gəmisi uçuş-enmə zolağının sonundakı konstruksiyaya çırpılıb. Nəticədə yanğın baş verib.
***
Cənubi Koreyanın Muan şəhərində sərnişin təyyarəsinin eniş edərkən qəzaya uğraması nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Son xəbərlərə görə, təyyarə qəzasında 3 nəfər sağ qalıb.
Qəzaya uğrayan Boeing 737-800 (737-8AS) təyyarəsi 2009-cu ilin avqustunda istehsal edilib. Layner nisbətən yeni hesab olunur və “Jeju Air” şirkətinin ümumilikdə, 2023-cü ilin sentyabrına qədər 39 belə təyyarəsi var.
“Jeju Air” şirkətinin Bankonq-Muan reysini yetirən yetirən təyyarə yerli vaxtla saat 9:00 radələrində eniş etdikdən sonra uçuş zolağından çıxaraq hasara çırpılıb və yanğın əmələ gəlib. Təyyarənin göyərtəsində 175 sərnişin və 6 heyət üzvü olub.
***
Cənubi Koreyada təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların sayı 47 nəfərə çatıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu haqda ölkənin “Yonhap” xəbər agentliyi məlumat yayıb.
***
Cənubi Koreyanın Colla-Namdo əyalətindəki Muan hava limanında təyyarənin qəzaya uğraması nəticəsində azı 28 nəfər həlak olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Təyyarədə 175 sərnişin və 6 ekipaj üzvü olub. Belə ki, Banqkokdan gələn təyyarə eniş zolağından kənara çıxıb və hasara çırpılıb.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, quşlarla toqquşduğu üçün təyyarənin eniş mexanizmləri işləməyib.