Moskva vilayətindəki "Crocus City Hall”da baş verən terror aktı zamanı ölənlər arasında bir azərbaycanlının olması barədə xəbər yayılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiyanın Səhiyyə Nazirliyindən bildirilib.
37 nəfərin olduğu siyahıda 1983-cü il təvəllüdlü Vüqar Hüseynov adlı bir azərbaycanlının da adı var.
Onun 41 yaşının olduğu qeyd edilib.