Operativ Məlumat Mərkəzi

“Crew Dragon” kosmik gəmisi BKS-ə buraxılıb

1 dəq
Paylaş:
“Crew Dragon” kosmik gəmisi BKS-ə buraxılıb
{"az":"“SpaceX”dən ABŞ-nin kosmik gəmisi “Crew Dragon” Beynəlxalq Kosmik Stansiyaya (BKS) buraxılıb. \"Operativ Məlumat Mərkəzi-OMM\"-in məlumatına görə, yayım...","en":"","ru":""}

“SpaceX”dən ABŞ-nin kosmik gəmisi “Crew Dragon” Beynəlxalq Kosmik Stansiyaya (BKS) buraxılıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, yayım ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) saytında aparılıb.

“Crew Dragon” kosmik gəmisi ilə birlikdə “Falcon-9” daşıyıcı raketi yerli vaxtla saat 22:53-də (Bakı vaxtı ilə 07:53) Con Kennedi Kosmik Mərkəzindən (Florida) buraxılıb. “Crew Dragon”un orbital stansiya ilə birləşməsinin martın 5-də baş tutacağı gözlənilir. Kosmik gəminin buraxılışı əlverişsiz hava şəraiti səbəbindən dəfələrlə təxirə salınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər