Frenk Lempardın rəhbərliyi altında İngiltərə Premyer Liqasına vəsiqə qazanan "Coventry" klubu transfer bazarında fəallıq göstərir.
"Operativ Məlumat Mərkəzi-OMM" "TransferFeed" portalına istinadən xəbər verir ki, İngiltərə təmsilçisi belçikalı hücumçu Lui Opendanın keçidi ilə bağlı "Juventus"a rəsmi sorğu göndərib.
Təxminən bir ay əvvəl Turin klubu müqavilənin şərtlərinə əsasən futbolçunu "RB Leipzig"dən məcburi şəkildə satın almalı olmuşdu. Hələ o zaman Opendanın komandanı tərk edə biləcəyi ehtimal edilirdi.
Hazırda "Juventus" rəhbərliyi 26 yaşlı oyunçunu həm birdəfəlik satmağa, həm də satınalma hüququ və ya öhdəliyi ilə icarəyə verməyə müsbət yanaşır.
Qeyd edək ki, belçikalı forvard cari mövsümdə Turin təmsilçisinin heyətində çıxış etdiyi 30 matçda cəmi 2 qol vurmağı bacarıb.