Noyabrın 11-i Azərbaycanda COP29 tədbiri keçiriləcək. Tədbirdə on minlərlə qonaq, o cümlədən ekspertlər, hökumət strukturlarının nümayəndələri və dövlət başçıları iştirak edəcəklər. Hətta Rəsmi Bakı Ermənistana COP-da iştirak etməsi üçün dəvət göndərib.
Bütün bu hazırlıqlara baxmayaraq anti-Azərbaycan qüvvləri ölkəmizə qarşı qarayaxma kampaniyasına başlayıb. Çünki Cənubi Qafqazda sülhü istəməyən və Azərbaycanın müstəqil siyasətinə qarşı çıxan ölkələr mövcuddur. Hətta qərb mediasında siyasi kontekstdə Azərbaycana qarşı açıq şəkildə mənfi tendensiya müşahidə olunur.
Bəs nədir əsas səbəb? Niyə COP ərəfəsində Azərbaycana qarşı qarayaxma kampaniyası başlanıb?
Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən millət vəkili Hikmət Babaoğlu deyir ki, COP29 ərəfəsində müstəqil güc mərkəzlərindən və platformalardan Azərbaycana təxribat xarakterli hücumlar edilir.

“Bu mərkəzlərin arxasında isə erməni lobbisi, islamafob və ermənipərəst qüvvələr dayanır. Şübhəsiz ki, bunlar Fransa kimi bəzi Avropa dövlətlərinin dəstəyi ilə edilir. Çünki COP29 dünyanın ən önəmli və problemlərin həllinə yönələn bir tədbirdir. Bu tədbir ərəfəsində Azərbaycanın ev sahibliyi etməsindən sui istifadə edərək, Ermənistanın Azərbayacana qarşı təxribat xarakterli ambisiyalarını göstərməyə cəhd edirlər. Bunun da başında Paşinyanın tərtib etdiyi yarımçıq sülh sənədi durur”.
Millət vəkili bilidirir ki, həmin sülh sənədini də Azərbaycana imzalatdırmaq istəyirlər, amma bu sülh sənədi deyil, daha çox müharibə sənədidir. Çünki bu sənəddə Ermənistan və Azərbaycan arasında mümkün müharibəni aradan götürəcək problemlər həll olunmur. Ermənilər yenə manipulyasiya edirlər. Onlar bu yarımçıq sənədi imzaladıb, müharibəyə hazırlaşmaq üçün vaxt güdürlər: “Çünki Ermənistan sürətlə silahlandırılır. Ona görə də Azərbacana olan təxribatlar bu şəkildə davam etdirilir.
Amma bu nəticəsiz qalacaq. Çünki Azərbaycan müstəqil dövlətdir. Onlar bu təxribatlar ilə əldə etdiyimiz tarixi zəfəri oğurlamaq istəyirlər”.
Deputat Aydın Mirzəzadə isə qeyd edir ki, COP konfransları dünyada ən nüfuzlu tədbirlərdən sayılır. Bu tədbir uzunmüddətlidir və tədbirdə bir çox ölkələrin dövlət başçıları və rəsmiləri iştirak edəcək. Çünki təbiətin qorunması bəşəriyyətin sabahının qorunması deməkdir. COP29 inkişaf etmiş ölkələrdə keçirilir. Azərbaycan keçirilməsi isə bizim nüfuzumuzun göstəricisi hesab etmək olar.

“Buna görə də bəzi qüvvələr tədbirin Azərbaycanda keçirilməsinə qıcıq göstəririlər. Azərbaycanı nüfuzdan salmaq və guya tədbirə hazırlıqlı olmadığı izlənimini yaratmağa çalışırlar. Konfransın başlamasına müddət azaldıqca, hücumların sayı artır. Hətta Niderland hər iki palatanın birgə bəyanatını da qəbul etdi. Bu da onu göstərir ki, Azərbaycanın müstəqilliyi bir sıra dairələri narahat edir. Onlar istəyir ki, Azərbaycan digər neft-qaz ölkələləri kimi problemlərin içərisində olsun. Bu isə heç vaxt olmayacaq”.
Deputat deyir ki, Azərbaycanın bu gün COP29-a ciddi hazırlığı göz önündədir. Ekspertlər, ayrı-ayrı ölkənin nümayəndələri Azərbaycanın hazırlığına yüksək qiymət verirlər. Anti-Azərbaycan isterikasına baxmayaraq tədbir yüksək şəkildə keçiriləcək.