Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Klinton Orbanı Trampın "oyuncağı" adlandırıb

2 dəq
Paylaş:
Klinton Orbanı Trampın "oyuncağı" adlandırıb

ABŞ-nin keçmiş və 2016-cı il seçkilərində namizəd olmuş Macarıstanın barəsində kəskin fikirlər səsləndirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xarici KİV-ə istinadən xəbər verir ki, Klinton Macarıstan seçicilərini hazırkı hökumət başçısına səs verməməyə çağırıb.

Klinton Orbanı ABŞ prezidenti Donald Trampın "manevr etdiyi bir fiqur" kimi xarakterizə edib.

  • "Əgər mən sıravi bir macar olsaydım, mövqeyim belə olardı: mən Macarıstanın qayğısına qalan birini seçmək istərdim, Donald Trampın marionetini yox".

Qeyd edək ki, Macarıstanda parlament seçkiləri aprelin 12-nə təyin edilib. "Politico" jurnalının apardığı son rəy sorğularına əsasən, hazırda müxalifət qüvvələri Viktor Orbanın rəhbərlik etdiyi hakim partiyanı qabaqlayır.

Lakin ekspertlər seçkilərin partiya siyahıları ilə deyil, birmandatlı dairələr üzrə keçirilməsi səbəbindən yekun nəticələri proqnozlaşdırmağın çətin olduğunu bildirirlər.

Siyasi təhlilçilər vurğulayırlar ki, müxalifətin qələbəsi Macarıstanın Rusiya ilə münasibətlərinə ciddi təsir göstərə bilər, çünki Orbanın rəqibləri Ukraynaya dəstək verilməsinin tərəfdarıdırlar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax