Əfqanıstan ordusunun bölmələri Pakistana qarşı yeni bir sıra döyüş əməliyyatlarına başlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Əfqanıstan sərhəd polisinin rəsmi nümayəndəsi Abdullah Faruki məlumat yayıb.
Faruki bildirib ki, bu əməliyyat zamanı dörd pakistanlı əsgər öldürülüb və düşmən nəzarət-buraxılış məntəqələri məhv edilib.