Əsas məzmuna keç

ABŞ səfirliyinə hücum: İranlılar Bağdadda binaya basqın etdi

ABŞ səfirliyinə hücum: İranlılar Bağdadda binaya basqın etdi

Ali rəhbər Əli Xameneinin ölümündən sonra Bağdadın Yaşıl zonası qarışıb. Tasnim agentliyi diplomatik korpusa basqın barədə məlumat yayıb. Regionda gərgin anlar...

en ru

Hazırda İraqda olan İran vətəndaşları kütləvi şəkildə ABŞ-nin Bağdaddakı səfirliyinə hücum ediblər.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "" agentliyi məlumat yayıb.

Bildirilib ki, etirazçılar İranın Ali rəhbəri Əli Xameneinin öldürülməsindən sonra Bağdad şəhərinin "Yaşıl zona"sına (şəhərin mərkəzi hissəsi, səfirliklər və xarici şirkətlərin olduğu ərazi) da hücum təşkil ediblər.

Xatırladaq ki, və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. Hücumlar nəticəsində İranda bəzi yüksəkvəzifəli şəxslər öldürülüb. Onların arasında ölkənin Ali rəhbəri Əli Xameneinin də olduğu bildirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…